Modern.az

300 min manatla itkin düşən kişini öldürüb su quyusuna atıblar

300 min manatla itkin düşən kişini öldürüb su quyusuna atıblar

Hadisə

8 Aprel 2023, 07:45

Aprelin 7-si 1954-cü il təvəllüdlü Kamran Bəkirovun itkin düşməsinə dair ailə üzvlərinin məlumatı əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

 

Sabunçu rayon prokurorluğundan Modern.az-a bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mustafa Zeynalov və Namiq Əliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

İbtidai istintaq davam etdirilir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?