Modern.az

Gədəbəydə ərlə arvad dəm qazından boğularaq öldü

Gədəbəydə ərlə arvad dəm qazından boğularaq öldü

Hadisə

8 Aprel 2023, 09:34

Gədəbəy rayonunun Moruxlu kəndində ər və arvadın meyitləri tapılıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Əliyev Oktay Həsən oğlu və 1962-ci il təvəllüdlü arvadı Məmmədova Məryam İlyaz qızının meyitləri 07.04.2023-cü il tarixində saat 09:50 radələrində yaşadıqları evdə aşkarlanıb.

 

Həmin vaxt evdən kəskin qaz iyi gəlib və yataq otağında qaz sobası işlək vəziyyətdə olub.

 

Oktay Əliyevin meyitinin bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməyib, Məryam Məmmədovanın meyitinin bədən səthində isə yanıq sahəsi aşkarlanıb.

 

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?