Modern.az

Lənkəranda ana doğuş zamanı ölüb

Lənkəranda ana doğuş zamanı ölüb

Hadisə

8 Aprel 2023, 15:00

Lənkəranda doğuş zamanı ana ölümü olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb.

 

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu, onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?