Modern.az

Türkiyədə ağır qəza - 12 hərbçi yaralandı

Türkiyədə ağır qəza - 12 hərbçi yaralandı

Hadisə

10 Aprel 2023, 11:24

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib.

 

Modern.az “Habertürk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında olub.

 

Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?