Modern.az

Avtobusla vurulan qadın xəstəxanada ÖLDÜ

Avtobusla vurulan qadın xəstəxanada ÖLDÜ

12 Aprel 2023, 07:50

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


Modern.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.


Məlumata görə, 9 saylı xətt üzrə işləyən "Hyundai" markalı avtobus yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal