Modern.az

Dağda köməksiz qalan şəxs xilas olundu - VİDEO

Dağda köməksiz qalan şəxs xilas olundu - VİDEO

Hadisə

13 Aprel 2023, 11:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?