Modern.az

Kirayədə yaşadığı evdə tanışını bıçaqladı

Kirayədə yaşadığı evdə tanışını bıçaqladı

Hadisə

14 Aprel 2023, 09:00

Abşeron sakini kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə aprelin 11-də rayonun Masazır qəsəbəsi, A.Ələsgərov küçəsində qeydə alınıb.

 

Belə ki, Məmmədli Cavad Rasim oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Vəliyev Murad Coşqun oğlunun sol kürək nahiyyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?