Modern.az

Tovuz qəbiristanlıqlarında oğurluq

Tovuz qəbiristanlıqlarında oğurluq

Hadisə

15 Aprel 2023, 10:40

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

 

Qeyd edilib ki, araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb.

 

Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?