Qazaxıstanın Janaozen şəhərində yerləşən ikimərtəbəli binada partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində binanın girişi çöküb.
Hadisə zamanı 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Nazirlik bildirib ki, binada qaz balonu partlayıb.