Modern.az

10 gün əvvəl avtomobillə vurulan piyada öldü

10 gün əvvəl avtomobillə vurulan piyada öldü

Hadisə

17 Aprel 2023, 10:36

Aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Qeyd olunub ki, piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?