Modern.az

58 yaşlı kişi arvadını bıçaqladı

58 yaşlı kişi arvadını bıçaqladı

18 Aprel 2023, 10:40

Balakən rayonunun Mahamalar kənd sakini 1965-ci il təvəllüdlü Bilal Piriyev aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı 58 yaşlı R.Piriyevaya bıçaqla xəsarət yetirib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

 

O bildirib ki, hadisəni törədən şəxs saxlanılıb və qadının xəsarəti ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Faktla bağlı rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal