Modern.az

35 yaşlı kişi keçmiş arvadını öldürmək istədi

35 yaşlı kişi keçmiş arvadını öldürmək istədi

18 Aprel 2023, 17:20

Aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-cı il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

 

İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

 

İbtidai istintaq davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal