Modern.az

Bakıda qadının evinə basqın edildi

Bakıda qadının evinə basqın edildi

Hadisə

19 Aprel 2023, 09:08

Bakıda qadının evinə basqın edilib.

 

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonu, İlqar İsmayılov küçəsində qeydə alınıb.

 

Məmmədova Səliqə Əli qızı DİN-nin "102" xidmətinə məlumat verərək, həmin gün saat 01 radələrində naməlum şəxsin onun kirayə yaşadığı mənzilə daxil olaraq qışqırmaması üçün ağzını tutduğunu, 100 manat pulunu və təqaüd kartını götürərək getdiyini bildirib.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?