Modern.az

Narkoloji dispanserdə BIÇAQLANMA

Narkoloji dispanserdə BIÇAQLANMA

Hadisə

19 Aprel 2023, 09:16

Bakıda 44 yaşlı kişi bıçaqlanıb.

 

Modern.az-ın xəbərinə görə, hadisə aprelin 18-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserində baş verib.

 

Məlumata görə, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Əzizov nahar edərkən heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Ə.Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq, ona qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?