Modern.az

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

Hadisə

19 Aprel 2023, 12:40

Bakı metrosunda sərnişin dünyasını dəyişib.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, "Dərnəgül" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.

 

"Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib", - deyə QSC rəsmisi vurğulayıb.

 

Ölüm səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?