Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.