Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib.
O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.