Modern.az

İmtahanda az bal toplayan şagird İNTİHAR ETDİ

İmtahanda az bal toplayan şagird İNTİHAR ETDİ

20 Aprel 2023, 09:42

Ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü S.Səlimov (şərti soyadlı) şəhərin Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən özünü atıb. 17 yaşlı oğlan hadisə yerində vəfat edib.

 

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Səlimov orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra o, həyatına qəsd edib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama