Modern.az

Təmir sexini alov bürüdü - 5 maşın yandı 

Təmir sexini alov bürüdü - 5 maşın yandı 

20 Aprel 2023, 19:56

Şəmkir şəhərində ümumi sahəsi 430 m² olan, 5 boksdan ibarət avtomobil təmiri sexi, bitişik ümumi sahəsi 50 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları və sexdə təmirə dayanan “Toyota”, “Mercedes”, “BAЗ”, “Brilliance” və “МОСКВИЧ” markalı minik avtomobillərinin yanar hissələri yanıb. 

 

Bu barədə Modern.az-a FHN-dən məlumat yayıb.

 

Yaxınlıqdakı qaz doldurma məntəqəsi və 3 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Yevlax şəhərində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?