Modern.az

Biləsuvarda kütləvi dava - Yaralılar var

Biləsuvarda kütləvi dava - Yaralılar var

Hadisə

20 Aprel 2023, 22:56

Biləsuvarda baş verən kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə kafelərdən birində baş verib.

 

Məlum olmayan səbəbdən baş verən davada rayon sakinləri, 1984-cü il təvəllüdlü Taleh Nərimanov, 1973-cü il təvəllüdlü Eldar Hüseynov və 1982-ci il təvəllüdlü Rövşən Abbasov xəsarət alıblar.

 

Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?