Saatlı rayon sakini çayxanada həmkəndlisini bıçaqlayıb.
Modern.az xəbər verir ki, hadisə Əlisoltanlı kəndində qeydə alınıb.
Məlumata görə, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.