Modern.az

Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Hadisə

21 Aprel 2023, 14:10

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar.

 

Bu barədə Modern.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar. R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

 

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?