Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) seçki bürosu qarşısında silahlı insident baş verib.
Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Dünən İstanbulda saat 22:15 radələrində baş verən hadisə zamanı ölən və yaralanan olmayıb.
Məlumata görə, motosikletdə olan şəxs seçki əlaqə bürosunun qarşısından keçərkən havaya 5 dəfə atəş açıb. Güllələrdən dördü binaya dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.