Modern.az

Nazirlik Ucardakı qəza ilə bağlı məlumat yaydı

Nazirlik Ucardakı qəza ilə bağlı məlumat yaydı

23 Aprel 2023, 10:46

Bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

 

Modern.az xəbər verir ki, DİN-in​ Baş Dövlət​ Yol​ Polisi İdarəsindən verilən məlumata görə, nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

 

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?