Türkiyənin Denizli vilayətində minik avtomobili ilə mikroavtobus toqquşub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə vilayətin Çivril rayonunda qeydə alınıb.
Qəza nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Əraziyə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.