Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerltı təkanların episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 kilometr şimal-şərqdə, 33,6 kilometr dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.