Modern.az

Evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır

Evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır

24 Aprel 2023, 12:37

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən mənzildə 1982-ci il təvəllüdlü Namik İsrafilov tanışı tərəfindən qətlə yetirilib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qətlə yetirilən Namik İsrafilov tanınmış vəkil Vasif İsrafilovun qardaşıdır.

 

Bakı şəhərində kloun kimi çalışan N.İsrafilov tək yaşayırmış.

 

Qeyd edək ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?