Rusiyanın Volqoqrad vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilib ki, tibbi aviasiya helikopteri qəzaya uğrayıb, nəticədə bir ekipaj üzvü ölüb.
İlkin məlumatlara görə, “Ansat” helikopteri dislokasiya olunduğu Volqoqrad yaxınlığındakı Erzovka kəndinə uçurmuş. Hadisə zamanı helikopterdə sərnişin olmayıb.