Modern.az

Partlayışda ölən qadının iki övladı yaralanıb - RƏSMİ

Partlayışda ölən qadının iki övladı yaralanıb - RƏSMİ

25 Aprel 2023, 09:58

Biləsuvarda baş vermiş partlayış hadisəsi ilə bağlı aparılmış axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

 

Rayon prokurorluğundan Modern.az-a bildirilib ki, Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilib.

 

Hazırda onların müalicəsi davam edir.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?