Modern.az

1 yaşlı uşaq yol qəzasının qurbanı oldu

1 yaşlı uşaq yol qəzasının qurbanı oldu

25 Aprel 2023, 12:40

Yevlax rayonunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.

 

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı və övladı xəsarət alıblar.

 

Eyni zamanda sürücünün avtomobildə olan digər övladı - 2022-ci il təvəllüdlü A.Bəkirov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?