Modern.az

Bayram günlərində 72 nəfər zəhərlənib, biri ölüb

Bayram günlərində 72 nəfər zəhərlənib, biri ölüb

25 Aprel 2023, 14:28

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.

 

Mərkəzin Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?