Modern.az

Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb

Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb

26 Aprel 2023, 10:24

Gəncə Şəhər Xəstəxanasında yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?