Modern.az

Tərtərdə çoban güllələnərək öldürüldü

Tərtərdə çoban güllələnərək öldürüldü

Hadisə

27 Aprel 2023, 15:58

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a  bildirilib ki, ilkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində  tədbirlər görülür. 

 

Qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?