Zaqatalada bədbəxt hadisə olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2020-ci il təvəllüdlü David Elməddin oğlu Bəşirovun yaşadığı ünvanda tənəffüs yolunda alça qalıb.
Ağır vəziyyətdə xəstəxanaya aparılan 3 yaşlı D. Bəşirov yolda nəfəs çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.