Modern.az

Kürdəmirdə dəhşətli qəza - 2 ölü, 8 yaralı (VİDEO)

Kürdəmirdə dəhşətli qəza - 2 ölü, 8 yaralı (VİDEO)

Hadisə

3 May 2023, 14:54

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.

 

Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 8 şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?