Samuxda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, qəza Samux şəhərində qeydə alınıb.
Məlumata görə, minik avtomobilinin maneəyə çırpılması nəticəsində bir nəfər - Elmar Əsgərov dünyasını dəyişib, 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev və daha 1 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.