Modern.az

Gədəbəydə yanğın - 2 qadın tüstüdən zəhərləndi

Gədəbəydə yanğın - 2 qadın tüstüdən zəhərləndi

7 May 2023, 08:47

Gədəbəyin Novasaratovka kəndində fərdi evdə yanğın olub, 2 qadın tüstüdən zəhərlənib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, vətəndaşa məxsus fərdi evdə baş vermiş yanğın zamanı 2002-ci il təvəllüdlü Pəri Qarayeva və qardaşının həyat yoldaşı Nailə Qarayeva tüstüdən zəhərlənib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

 

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal