Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Modern.az-a verilən məlumata görə, polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİN-dan xaric edilib.
Faktla bağlı araşdırma aparılır.