Modern.az

Bakıda polis maşını piyadanı vurub ÖLDÜRDÜ

Bakıda polis maşını piyadanı vurub ÖLDÜRDÜ

Hadisə

10 May 2023, 20:01

Bakı-Salyan şosesində, "Şıxov" çimərliyinin qarşısından keçən yolda polis maşını piyadanı vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan məlumata əsasən, bu gün saat 18:40 radələrində "BMW" markalı 99-YP-849 dövlət nömrə nişanlı patrul avtomobili sürət həddi yüksək olan yolda, yolun müəyyən olunmayan hissəsindən anidən yola daxil olan 30-35 yaş arası qadını vurub.

 

"Hadisə baş verən ərazidə müşahidə kameralarına baxış zamanı qadının anidən yola daxil olaraq yolu qaçaraq keçmək istədiyi aydın görünür. Bu zaman qəza baş verib, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi