Modern.az

Cəlilabaddakı ağır qəzanın TƏFƏRRÜATI

Cəlilabaddakı ağır qəzanın TƏFƏRRÜATI

Hadisə

11 May 2023, 23:47

Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

 

Modern.az xəbər verir ki, qəzada yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olublar.

 

Belə ki, qəza zamanı "Qazel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.

 

Hadisə ilə bağlı son məlumata görə, 8 nəfər xəstəxanaya müraciət edib, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.

 

Yaralılar fərdi və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

 

İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi