Modern.az

“Qızımı planlı şəkildə öldürüb” - Şəhid xanımının atası (VİDEO)

“Qızımı planlı şəkildə öldürüb” - Şəhid xanımının atası (VİDEO)

Hadisə

14 May 2023, 11:35

Ötən gün Vətən müharibəsi şəhidi Saleh Qurbanovun xanımı Ləman Qurbanova qaynı tərəfindən qətlə yetirilib.

 

Modern.az “Baku Tv”yə istinadən xəbər verir ki, mərhumun atası qızının ölümünün planlı şəkildə həyata keçirildiyini bildirib.

 

“Uşağımı pirə aparıb. Bir-iki ay bundan əvvəl qaynı qızıma hücum etdi, onun başını kəsirdi. Nədi-nədi qızım telefon işlədir. Telefonu bütün dünya işlədir, hamının qızı, gəlini işlədir, əxlaqsızlıq eləmir ki!

 

Hadisə günü zəng etdim ki, haradasız? Dedi ki, Sumqayıta çatırlar. Dedim, uşağı evə gətir. Dedi ki, niyə narahatsan, narahat olma. O, qızımı planlı şəkildə öldürüb”, - L.Qurbanovanın atası qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi