Modern.az

Şabranda yol qəzası - Xəsarət alanlar var

Şabranda yol qəzası - Xəsarət alanlar var

Hadisə

14 May 2023, 16:57

Gəndob-Yalama yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

Modern.az xəbər verir ki, yolun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində "Mercedes" və "VAZ 21014" markalı avtomobillər toqquşub.

 

Məlumata görə, qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi