Modern.az

Qadını döyüb pulunu oğurlamaq istədilər

Qadını döyüb pulunu oğurlamaq istədilər

15 May 2023, 10:56

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilir ki, Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI