Modern.az

Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə təcili eniş etdi

Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə təcili eniş etdi

15 May 2023, 13:52

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

 

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

 

Təyyarə yerli vaxtla saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər