Modern.az

Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

Evlərdən oğurluq edən keçmiş məhkum tutuldu

15 May 2023, 15:36

Ağsu şəhəri ərazisində yerləşən 2 evdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə daxil olan naməlum şəxs həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb.

 

O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib.

 

Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir