Modern.az

Astarada elektrik stansiyası yağış suları ilə dolub

Astarada elektrik stansiyası yağış suları ilə dolub

15 May 2023, 16:10

Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.

 

Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?