Modern.az

16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

16 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Hadisə

16 May 2023, 09:06

Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb.

 

Modern.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal