Modern.az

İki hərbçimiz ağır qəzada həlak oldu

İki hərbçimiz ağır qəzada həlak oldu

16 May 2023, 09:22

Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Məlumata görə, hadisə yerinə gedən polis əməkdaşları müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev “Mercedes” markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev həlak olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, qəza zamanı həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır