Modern.az

Bakıda sürücü sükan arxasında öldü

Bakıda sürücü sükan arxasında öldü

16 May 2023, 11:29

Bakıda sürücü sükan arxasında vəfat edib.

 

Modern.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

 

Belə ki, sürücü avtomobil idarə edərkən dünyasını dəyişib. Bu səbəbdən maşın səkiyə çırpılıb.

 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, sürücü ürək tutmadan dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir