Modern.az

Hərbçilərin öldüyü qəza ilə bağlı rəsmi AÇIQLAMA

Hərbçilərin öldüyü qəza ilə bağlı rəsmi AÇIQLAMA

16 May 2023, 12:18

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı  90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və  yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

 

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəza zamanı həlak olanların hərbi qulluqçular olduğu bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər